"Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının üzvü həbs edilib.
Abzas.net xəbər verir ki, ADR-in Qazax rayon təşkilatının sədri Nizami Qaraoğlu 15 sutka inzibati həbs cəzası alıb.
Bu barədə qərar dekabrın 20-də Qazax Rayon Məhkəməsində çıxarılıb.
ADR-in yaydığı məlumata görə, Nizami Qaraoğlu vəkillə edilməyib.
Hərəkat inzibati həbs qərarını pisləyən açıqlama yayıb. Orda bildirilir ki, N.Qaraoğlu vəkillə belə təmin edilməyib.
ADR rəhbərliyi bu həbsi siyasi motivli hesab edir.
N.Qaraoğluna 15 sutka inzibati həbs cəzası verilməsini təsdiq edən Qazax Rayon Məhkəməsi bunun siyasətlə əlaqəsinin olmadığını, N.Qaraoğlunun aliment ödəmədiyinı görə inzibati qaydada cəzalandırıldığını bildirib.
Qazax Rayon Məhkəməsindən N.Qaraoğluna 15 sutka inzibati həbs cəzası verilməsini təsdiq ediblər. Amma məhkəmədən qeyd ediblər ki, o, aliment ödəmədiyindən inzibati qaydada cəzalandırılıb.