Penitensiar xidmət Hacı Məmmədovun ölümü ilə bağlı açıqlama verib

Penitensiar xidmət Hacı Məmmədovun ölümü ilə bağlı açıqlama verib
4 Dekabr 2017
Mətni dəyiş

Penitensiar Xidmət Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həbsdə ölümünə münasibət bildirib.

Abzas.net xəbər verir ki, Penitensiar Xidmətin rəsmi açıqlamasına görə, səhhəti ilə bağlı İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanan, ömürlük məhkum H.Məmmədov dekabrın 3-də kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

Məlumatda bildirilir ki, Hacı Məmmədov bir sıra ağır xəstəliklərdən əziyyət çəkirdi:

"H.Məmmədov Ağciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində diaqnozu, şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib".

Hacı Məmmədovun məktub yazdığı da bildirilir:

"Hadisə yeri müayinə olunub. Mərhumun üzərinə baxış zamanı onun tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib".

Faktla əlaqədar Bakı Şəhər Prokurorluğunda cinayət işi başlandığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun