OPEC hasilatın ixtisarının müddətini daha 9 ay uzadıb

OPEC hasilatın ixtisarının müddətini daha 9 ay uzadıb
1 Dekabr 2017
Mətni dəyiş

OPEC, Rusiya və başqa qeyri-OPEC ölkələri neft hasilatının ixtisarının müddətini 2018-ci ilin sonunadək uzatmaq barədə razılığa gəliblər.

Abzas.net xəbər verir ki, bu barədə İran və İraq neft nazirləri noyabrın 30-da jurnalistlərə verdiyi açıqlamada bildiriblər.

Müddətin uzadılmasında məqsəd, neft bazarlarında yaranmış izafi xammalı azaltmaq və qiymətləri qaldırmaqdır.

Nazirlər bildiriblər ki, OPEC və tərəfdaş ölkələr hasilatın ixtisarını daha doqquz ay müddətinə uzatmaq barədə qərar qəbul ediblər.

Hasilatın günə 1, 8 milyon (dünya hasilatının 2 faizi) barrel ixtisarına dair hazırkı razılaşma 2018-ci ilin martında başa çatırdı.

Bununla belə Anqola, İraq və İran da daxil bəzi neft nazirləri neft bazarlarında ixtisarlara görə qıtlıq yaranacağı təqdirdə bu razılaşmanın iyun ayında təkrar qiymətləndirilməsinin mümkünlüyünü qeyd ediblər.

Hasilatın ixtisarının müddətinin uzadılması barədə qərarın ardınca Brent markalı neftin qiyməti bir barrel üçün 63 dollardan yüksəyə qalxıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun