Rusiya və OPEC üzvü olan bir sıra ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı vaxtından əvvəl, 2018-ci ilin iyun ayında bitirmək istəyir.
Abzas.net xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Belə bir açıqlama ilə Küveytin neft nazirinin səlahiyyətlərini icra edən İsam əl-Mazruk neft ixrac edən ərəb ölkələri təşkilatının (OAPEC) iclasında verib.
Nazirin sözlərinə görə, əgər neft bazarı tənzimlənərsə, anlaşmadan ayrılmaq strategiyasına 2018-ci il iyunun 22-də OPEC+ iclasında baxıla bilər.