Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən vertolyotlar, təyyarələr, kosmik aparatlar (peyklər daxil olmaqla) və paraşütlər gömrük rüsumundan tam azad edilib.
Abzas.net xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən bu mallar hazırda 0,50 faiz idxal gömrük rüsumuna cəlb edilir.
Hökumət səviyyəsində qəbul edilən qərarların hansısa şəxslərin və qrupların maraqlarına əsaslanması artıq heç kimi təəccübləndirmir.İdxal rüsumlarından azad edilmiş malların siyahısına baxanda görürük ki, bu malları yalnız hakimiyyətin ən yuxarı eşelonunun nəzarətində olan şirkətlər gətirə bilər. Az qala hər gün yuxarı dairələrin maraqlarına uyğun qərarlar verilir və belə qərarlar ölkədə mövcud olan ağır iqtisadi vəziyyəti daha da pisləşdirir. Ölkəyə məs. paltar gətirən rüsum ödəməlidir, təyyarə gətirən ödəməməlidir.