Neft Daşlarında neftçi neftçini öldürüb

Neft Daşlarında neftçi neftçini öldürüb
12 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

Abzas.net xəbər verir ki, bu barədə SOCAR-nın yaydığı məlumatda deyilir.

Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun