Rusiyanın Mərkəzi Seçki Komissiyası müxalifətçi Aleeksey Navalnının 2018-ci ilin martında keçiriləcək seçkilərdə iştirakına icazə verməyib. Abzas.net xəbər verir ki, Mərkəzi Seçki Komissiyası bununla bağlı qərar qəbul edib. MSK bunu onun haqqında Cinayət Məcəlləsinin ağır cinayətə görə məsuliyyət nəzərdə tutan məhkəmə hökmünün olması ilə izah edib.
MSK-nın qərarına videomüraciətində münasibət bildirən Navalny deyib: "Mənim seçkilərdə iştirak hüququndan məhrum edilməyim Putinin çox güclü namizəddən qorxmasının göstəricisidir. Başlıca alternativin seçkilərə buraxılmaması o deməkdir ki, bizdə seçki olmayacaq".