Dekabrın 30-da Qahirə məhkəməsi Misirin keçmiş prezidenti Mohammed Morsi-nin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Abzas.net xəbər verir ki, bu barədə Misirin Dövlət Televiziyası məlumat verib.
Mohammed Morsi ədliyyə sistemini təhqir etməkdə, gözdən salmaqda, ona qarşı nifrət yaratmaqda və yaymaqda günahlandırılır.
Eyni işlə bağlı daha 18 nəfər 3 il müddətinə azadlıqdan məhrum edilib.
Morsi Misirin ilk azad seçki ilə seçilmiş prezidentidir. O, bir il prezident postunda qaldıqdan sonra, 2013-cü ildə hərbçilər tərəfindən devrilib.