Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Micheil Saakashvili Kiyevdə saxlanılıb.
Abzas.net xəbər verir ki, bu barədə Saakashvili-nin "Facebook" səhifəsində məlumat verilib.
Öncə hüquq-mühafizə orqanları Saakashvili-nin evində axtarış aparıblar. Buna etiraz olaraq Odessanın keçmiş qubernatoru yaşadığı binanın damına çıxıb və ona yaxınlaşacaqları halda özünü aşağı atacağı ilə təhdid edib.
Lakin sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları Saakashvili-ni elə damda tutmağa nail olublar.
Daha sonra Saakashvili-yə qarşı ittihamlar irəli sürülüb. O, cinayətkar təşkilatların iştirakçılarına kömək göstərmək və onların cinayətkar fəaliyyətlərini gizlətmək maddəsi üzrə ittiham olunur.
Saakashvili-nin silahdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında siyasətçinin Kiyevin mərkəzindəki evinin yaxınlığında qarşıdurma yaşanıb.