Mahmoud Abbas: "Dünya dövlətlərini İsraili tanımamağa çağırıram"

Mahmoud Abbas: "Dünya dövlətlərini İsraili tanımamağa çağırıram"
13 Dekabr 2017
Mətni dəyiş

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə toplantısı keçirilib.

Azbas.net xəbər verir ki, toplantıda çıxış edən Fələstin rəhbəri Mahmoud Abbas müsəlman ölkələrini ABŞ-la münasibətləri yenidən nəzərdən keçirməyə çağırıb:

“İƏT-ə üzv ölkələr ABŞ-la münasibətlərini yenidən müəyyənləşdirməlidir”. Avropa İttifaqının İsrailin işğal etdiyi ərazilərdə istehsal olunan məhsulların satın alınmasına qadağa qoyduğunu misal gətirərək, İƏT-i də belə qərarlar verməyə səsləyən Mahmoud Abbas, Fələstin hakimiyyətinin ABŞ konsulluğu ilə əlaqələri dayandırdığını diqqətə çatdırıb: "Fələstin hakimiyyəti ABŞ konsulluğu ilə əlaqələri dayandırıb. Bu, çətin addımdır və müsəlman ölkələri də belə addım ata bilər".

Daha sonra, M.Abbas dünya dövlətlərini İsrail dövlətini tanımamağa çağırıb:

"Dünya dövlətlərini İsrail dövlətini tanımaq barədə qərarlarını ləğv etməyə də çağırıram. İsrail qurulduqdan sonrakı dövrdə BMT-nin heç bir qərarını yerinə yetirməyib. İsrail BMT qərarlarını yerinə yetirmək şərti ilə bu quruma qəbul olunub, ancaq BMT-nin heç bir qərarını yerinə yetirməyib". M.Abbas iki dövlətli həll variantına tərəfdar olduqlarını nəzərə çatdırıb:

“Dünyada Fələstini tanıyan dövlətlərin sayı İsraili tanıyan dövlətlərin sayından çoxdur. ABŞ veto qoysa da, biz BMT-yə üzv olmaq üçün ardıcıl fəaliyyətimizi davam etdirəcəyik. İsraillə aramızda dostluq anlaşması var, lakin İsrail buna əməl etməzsə, biz də bu sazişi nəzərə almayacağıq. Biz işğal altındayıq, işğal altında olduğumuz üçün İsraildən kanalizasiya, digər infrastruktur layihələrini yerinə yetirməsini tələb edəcəyik. 1 milyard dollar büdcəyə malik bir dərnək yaradılarsa, Qüdsdə gənclərin təhsillərinə davam etdirməsinə nail ola bilərik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun