Mətbuat Şurasının rəhbəri KİV-ə qarşı yeni sanksiyalar təklif edir

Mətbuat Şurasının rəhbəri KİV-ə qarşı yeni sanksiyalar təklif edir
2 Dekabr 2017
Mətni dəyiş

Hər hansı sayta girişin məhdudlaşdırılması onun işinin dayandırılması kimi qəbul edilməməlidir. Bunu cümə günü parlamentdə Mətbuat Şurasının sədri Əflatun Amaşov "KİV haqqında" qanuna dəyişikliklərə dair müzakirələrdəki çıxışı zamanı deyib.

"Təbii ki, qadağan olunmuş informasiyanı dərc edən saytlara girişi məhdudlaşdırmaq lazımdır, ancaq bu, onların işinin dayandırılması kimi qəbul edilməməlidir", - o vurğulayıb.

Ə.Amaşov törədilən əməlin ağırlığından asılı olaraq saytlara girişin məhdudlaşdırılması üçün müddətin təyin olunmasını təklif edib: 3 ay, 6 ay, 1 il.

"Müddət davranışa adekvat olmalıdır. Dünyada belə praktika mövcuddur. Böyük Britaniyada şikayətlərin araşdırılması üzrə komissiya var. Bu, ayrı-ayrı İnternet resursların fəaliyyətinin məhdudlaşdırılması haqda qərar qəbul edir, bu cür məhdudiyyətlərə görə müddət müəyyən edir", - o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun