Ksenia Sobchak-ın prezidentliyə namizədliyi qeydə alınıb
Abzas.net xəbər verir ki, Rusiyanın prezidentliyinə namizəd irəli sürülən məşhur teleaparıcı Ksenia Sobchak-ın sənədlərinə baxılıb və ona rəsmi kampaniyaya başlamağa Mərkəzi Seçki Komissiyası tərəfindən icazə verilib.
Ksenia Sobchak namizədliyini "Vətəndaş təşəbbüsü" Partiyasından irəli sürüb.
Bundan öncə, MSK müxalifət lideri Aleksei Navalny-nın namizədliyini qeydə almamışdı.