Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin Hodeyda şəhərində 20 üsyançı husi həyatını itirib.
Bu barədə “Anadolu” agentliyi məlumat verib.
Taiz şəhərində mərminin mülki vətəndaşları daşıyan nəqliyyat vasitəsinə düşməsi 7 nəfərin ölümünə səbəb olub. Onların arasında uşaqların da olduğu bildirilir.
Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.