Rusiya mediası Ukraynanın şərqindəki rusiyapərəst separatçıların əsirlikdə olan ukraynalı əsgərləri əsir mübadiləsindən ötrü planlaşdırılan əraziyə göndərdiyini yazır.
Bəzi agentliklər artıq mübadilənin başlandığını qeyd edir.
Ukrayna tərəfə artıq 17 nəfərin verildiyi bildirilir.
Separatçıların Ukrayna hökumətinə 74 əsgər, hökumət qüvvələrinin isə onlara 306 əsir verəcəyi gözlənir. Mübadilə Ukraynanın şərqindəki Donetsk regionunda münaqişə zonası yaxınlığındakı Horlivkada baş tutmalıdır. Oradan əsgərlər vertolyotla hökumətin nəzarətində olan Xarkova aparılacaq.
Hökumət qüvvələrinin əsirləri separatçılara axşam təhvil verəcəyi gözlənir.