Ukrayna paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə Rusiya səfirliyinin binasının yaxınlığındakı bağa Boris Nemtsovun adının verilməsini təklif edib.
Abzas.net xəbər verir ki, bunu Facebook səhifəsində Alı Radanın deputatı Dmitri Beloserkovets yazıb. Parlamentin müvafiq komissiyası təklifi dəstəkləyib. “Ukraynalıların və rusiyalıların yaddaşından Nemtsovun adını silmək mümkün olmayacaq. O, azad Ukraynanın əsas müttəfiqi idi”, - deyə deputat qeyd edib. Deputat təklifin Kiyev şəhər şurasında səsvermədən keçəcəyinə ümid etdiyini də bildirib. Nemtsov 2015-ci ilin fevralın 27-də Moskvada qətlə yetirilib.