Dekabrın 23-də Ukraynanın keçmiş baş naziri Arseniy Yatsenyuk İsveçrədə - Cenevrə şəhərinin hava limanında saxlanıb.
Saxlanmaya Rusiyanın onun həbsi üçün İnternpola müraciət etməsi səbəb olub.
Amma qisa yoxlanışdan sonra Yatsenyuk azad edilib. İnterpol onun saxlanması ilə bağlı müraciəti əsaslı saymayıb.
Rusiya iddia edir ki, Yatsenyuk Çeçenistan müharibəsi zamanı cinayətlər törədib.
Yatsenyuk isə bunun yalan olduğunu, Kremlin onu Qərbpərəst siyasətinə görə cəzalandırmaq istədiyini deyib.