"Kanal 13"-ün direktoruna 6 il həbs verildi

"Kanal 13"-ün direktoruna 6 il həbs verildi
15 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 15-i Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Abzas.net xəbər verir ki, məhkəmə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutub.

Məhkəmədə çıxış edən Əziz Orucovun vəkilləri, ona bəraət istəyiblər.

Daha sonra Ə.Orucov son sözlə çıxış edib. O da çıxışında ittihamları qəbul etmədiyini, barəsində bəarət hökmünün çıxarılmasını istəyib.

Hökmü elan etmək üçün müşavirəyə gedən hakimlər, müşavirədən döndükdən sonra hökm oxuyublar.

Məhkəmənin qərarına əsasən Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırlatma

Əziz Orucov 2 may tarixində polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.

Həbs müddətinin bitdiyi 1 iyun tarixində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Əziz Orucov ittihamları qəbul etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun