Jurnalistlər üçün bina layihəsiz tikilir

Jurnalistlər üçün bina layihəsiz tikilir
7 Dekabr 2017
Mətni dəyiş

Bakıda hökumətdən iki yeni yüksək mərtəbəli binada pulsuz mənzillər alan jurnalistlər üçün hazır felyeton mövzusu var: KIV-ə Dəstək Fondu dekabrın 5-də bu ilin iyulundan tikilməkdə olan binanın layihə-smeta sənədlərinin hazırlanması üçün müqavilə bağlayıb. Bu binanın təməlini prezident İlham Əliyev Mətbuat Günü ərəfəsində - iyulun 20-də atıb. Elə o vaxtdan tikinti gedir.

Bu gün, dekabrın 7-də dövlət satınalmaları reyestrində verilən informasiyaya görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Arxin-M Ltd" MMC ilə mətbuat işçiləri üçün tikiləcək yaşayış binasının layihələndirmə işlərinin satın alınmasına dair müqavilə imzalayıb. Müqavilənin dəyəri 246 min 295,68 manatdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun