İŞİD qruplaşması Sankt-Peterburq şəhərindəki əyləncə mərkəzində törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Abzas.net xəbər verir ki, partlayış dekabrın 27-də Kondratyev prospektindəki “Giqant holl” əyləncə mərkəzinin birinci mərtəbəsində baş verib.
Partlayıcı qurğu “Perekrestok” mağazasının saxlama kameraları yaxınlığında işə salınıb. İnsident nəticəsində 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.