İranın cənub-şərq hissəsində güclü zəlzələ olub.
Abzas.net xəbər verir ki, zəlzələ Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb.
Zəlzələnin ocağı 13 km dərinlikdə olub. Yeraltı təkanlar 6.3 bal gücündə olub.
Hələ ki, dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Noyabr ayında İranda baş vermiş 7.2 bal gücündə zəlzələ nəticəsində 505 nəfər həyatını itirib, 12 mindən çox insan xəsarət alıb.