İlham Quliyevanın oğlu saxlanılıb: o, dələduzluqda ittiham olunur

İlham Quliyevanın oğlu saxlanılıb: o, dələduzluqda ittiham olunur
9 Dekabr 2017
Mətni dəyiş

Daxili İşlər Nazirliyi (DİN) mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs edilməsinə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Binəqədi Rayon Polis Şöbəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə başlanmış cinayət işi ilə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün tutulub.

Məlumata görə, O.Nadirovun barəsində vətəndaşlardan polis idarəsinə şikayət daxil olub:

"İstintaq nəticəsində məsələyə aydınlıq gətiriləcək. Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir. Orxan Nadirovun barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib".

O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun