Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Sərəncama əsasən, hazırda 116 manat olan minimum aylıq əmək haqqının məbləği 14 manat artırılaraq 130 manat məbləğində müəyyən olunub.
Dekabrın 25-də imzalanan sərəncam yanvarın 1-i qüvvəyə minəcək.