Prezident İlham Əliyev Gürcüstanın maliyyə nazirini qəbul edib.
Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze-ni qəbul edib.
Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Azərbaycanda birgünlük səfərdədir.
Səfər çərçivəsində Baxtadze-nin həmçinin azərbaycanlı həmkarı Samir Şərifovla görüşü gözlənilir.
Səfərin məqsədinin, beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, tranzit layihələrin icrasının təmin edilməsi ilə bağlı müzakirələrin aparılması olduğu bildirilir.