İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini - daxili işlər nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini - daxili işlər nazirini qəbul edib
23 Dekabr 2017
Mətni dəyiş

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qakharia-nı qəbul edib.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı, iki ölkə arasında həyata keçirilən birgə qlobal iqtisadi layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd edilib, Azərbaycan və Gürcüstan hüquq mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətinin bundan sonra da həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun