İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb

İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb
13 Dekabr 2017
Mətni dəyiş

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib.

Toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır:

“ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir".

Sənəddə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə birtərəfli qərarı İsrailin 1967-ci ildə Şərqi Qüds də daxil olmaqla, işğal etdiyi Fələstin torpaqlarında apardığı irqi ayrı-seçkilik, etnik təmizlik siyasətinə dəstək verən addım kimi dəyərləndirilir.

Bəyannamədə o da vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.

İstanbulda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun