Hamas “Qəzəb günü” elan edib

Hamas “Qəzəb günü” elan edib
8 Dekabr 2017
Mətni dəyiş

Fələstin fraksiyaları dekabrın 8-ni “Qəzəb günü” elan ediblər. Buna səbəb iki gün öncə ABŞ prezidenti Donald Trump-ın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımasıdır. Bu qərardan sonra fələstinlilərlə İsrail ordusu arasında toqquşmalar baş verib.

İslamçı “Hamas” qrupu fələstinliləri sülh danışıqlarından çıxmağa və Trump-ın addımına etiraz etmək üçün qiyam, yaxud “intifada” başlatmağa çağırıb. Dekabrın 7-də İordan çayının qərb sahilində və Qəzzə zolağında fələstinlilər İsrail ordusuyla toqquşub, 30-dan çox fələstinlinin xəsarət aldığı bildirilir. İordaniya, Tunis, Pakistan və digər yerlərdə də etirazlar keçirilib.

Trump-ın qərarını ABŞ-ın müttəfiqləri də pisləyiblər. Səudiyyə Ərəbistanı bunu “məsuliyyətsiz” addım adlandırıb, “sülh prosesini irəli aparmaq cəhdlərində böyük geriləmə” yaradacağını qeyd edib. Almaniya, Rusiya da bu qərarın regionda sabitliyi pozacağını bildiriblər.

Fələstin prezidenti Mahmud Abbas deyib ki, Birləşmiş Ştatlar daha regionda sülh vasitəçisi rolunu oynaya bilməz.

İraqda İranın dəstəyilə savaşan şiə yaraqlılar deyiblər ki, Trump-ın qərarı “İraqdakı Amerika qüvvələrini vurmağı qanuniləşdirir”.

BMT Təhlükəsizlik Şurasının səkkiz üzvü dekabrın 8-nə təcili toplantı təyin ediblər.

“İsraillilər və fələstinlilər üçün sülh danışıqlarına təhlükə yaradacaq birtərəfli addımlara qarşı dəfələrlə çıxış etmişəm”, – BMT-nin baş katibi Antonio Guterres söyləyib.

***

ABŞ prezidenti Donald Trump-ın Yerusəlim şəhərini İsrailin paytaxtı kimi tanımaq qərarının ardınca Yaxın Şərqin bir sıra yerlərində küçə etirazları olub.

Qərb sahilində və Qəzza zolağında İsrail ordusu ilə toqquşan 30-da çox fələstinli xəsarət alıb.

Dekabrın 7-də İordaniya, Tunis, Pakistan və başqa yerlərdə zorakılıqlar və etirazlar qeydə alınıb.

İşğal oluinmuş Qərb sahilində və Fələstinin islamçı Həməs qrupunun hakimiyyəti altında olan Qəzza zolağında azı 31 fələstinlinin güllə və rezin güllə yaraları aldığı xəbər verilir.

Yaralılardan birinin vəziyyəti kritikdir.

Xəbərlərdə deyilir ki, etirazçılar əsgərlərə daş atır və “Amerikaya ölüm!” şüarları səsləndirirdilər.

İsrail hərbiyyəsinin verdiyi məlumata görə İsrailin bir tankı və bir təyyarəsi Qəzza zolağından atılan raketlərə cavab olaraq buradakı “iki terrorçu postunu hədəfləyib”.

Xəbər verilir ki, Qəzzadan atılan raketlərdən biri İsrailin cənubunda partlayıb. Qalan raketlər İsrail ərazisinə çatmayıb.

Qəzzadakı islamçı qruplaşmalardan biri raketlər üçün məsuliyyəti öz üzərinə götürüb.

İsrail hərbçiləri bildiriblər ki, hazırda Qərb sahilində qüvvə cəmləşdirilir. Fələstin qrupları burada dekabrın 8-də “Qəzəb günü” aksiyası elan edib.

İordaniya mediası xəbər verir ki, burada universitet tələbələri və müəllimlərin mitinqləri keçirilib. Bu mitinqlərdə ərəb birliyi və Yerusəlimin müdafiəsinə aid şüarlar səsləndirilib.

Tunisin paytaxtı Tunis şəhərində və ölkənin başqa yerlərində etirazçılar Fələstin bayraqları dalğalandırır və əl-Əqsa məscidinin plakatlarını gəzidirirdilər.

Pakistanda qadağan edilmiş Camaət üd-Dava ekstremist təşkilatının tərəfdarları Peşavərdə ABŞ-ın Yerusəlim qərarına etiraz bildiriblər.

Bu aksiyada Amerika və İsrail bayraqları yandırılıb.

Pakistanın paytaxtı İslamabadda Difae Pakistan adlı qrupun böyük nümayişi keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun