ABŞ məhkəməsi prezident Donald Trump-ın qaçqınlarla bağlı qadağasını qismən ləğv edib.
Prezident əhalisinin çoxu müsəlman olan bir sıra ölkələrdən ABŞ-a qaçqınların gəlişini qadağan etmişdi.
Vaşinqton ştatı məhkəməsinin federal hakimi Ceyms Robart isə qərar qəbul edib ki, qadağa yalnız ABŞ-da yaxın qohumu olmayanlara şamil edilə bilər.
Amma ABŞ-dakı yaxınları ilə qovuşmağa gələnlərin qarşısı alına bilməz.
Sözügedən müsəlman ölkələri Misir, İraq, İran, Yəmən, Liviya, Suriya və sairdir.
Amerika Vətəndaş Azadlıqları Birliyi məhkəmədə Somalidən olan şəxsin maraqlarını təmsil edirdi. O ABŞ-a öz ailəsini gətirməyə çalışır.
Yəhudi Ailələri Xidməti isə iki iraqlını müdafiə edirdi. Onlar İraqda Amerika hərbçilərinin tərcüməçiləri olublar.
Başqa bir iddiaçı isə Misirdən olan transgender idi.
Hələ ki ümumilikdə Trump-ın qadağası qüvvədədir. Amma onun barəsində müxtəlif məhkəmə qərarları çıxarılmaqdadır.