13 saylı cəzaçəkmə müəssisəsində qətl hadisəsi baş verib.
Abzas.net xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Xədicə İsmayıl öz "Facebook" səhifəsində məlumat yayıb.
Həmçinin məlumatda bildirilir ki, buna etiraz edən NİDA Vətəndaş Hərəkatının üzvü, "Heykəl məhbusu" kimi tanınan Bayram Məmmədov "kars"a salınıb:
"Sabirabaddan olan Fərhad adlı dustağı dəstə rəisi Elman döyərək öldürüb. Ölüm hadisəsi bu gün günortadan sonra olub. "Heykəl məhbusu" Bayram Məmmədov bu hadisəyə etiraz etdiyindən döyülüb və karserə salınıb".