Liviyanın keçmiş prezidenti, ölkədə baş verən vətəndaş müharibəsi zamanı öldürülmüş Muammar Gaddafi-nin oğlu Saif al-Islam Gaddafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
Abzas.net xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Belə bir açıqlamanı Saif al-Islam Gaddafi-nin nümayəndəsi Basem al-Hashimi əl-Sül-ün verdiyi bildirilir.
Basem al-Hashimi əl-Sül-ün sözlərinə görə, Saif al-Islam Gaddafi Liviyadakı bütün münaqişə tərəfləri ilə razılığa gələrək, ölkədə sabitlik və təhlükəsizliyi bərqərar etməyi düşünür:
"Saif al-Islam Gaddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək".