Türkiyə prezidenti Recep Tayyip Erdoğan dünya ölkələrini “işğal olunmuş Qüdsü Fələstinin” paytaxtı kimi tanımağa çağırıb.
Erdoğan-ın fikrincə, bu, Birləşmiş Ştatların Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımasına cavab kimi gerçəkləşməlidir.
Erdoğan dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitini açıb. O deyib ki, Qüds İslam məbədlərinin işğalını qəbul etməyən müsəlmanlardan ötrü “qırmızı xətt”dir.
Türkiyə prezidenti İsraili “terror” dövləti adlandırıb.
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas deyib ki, ABŞ-ın hərəkəti Vaşinqtonun Yaxın Şərqdə sülh vasitəçisi kimi roluna son qoydu.
Sammitdə İran prezidenti Hassan Rohani, Əfqanıstan prezidenti Ashraf Ghani də iştirak edir.
Ötən həftə ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirib. ABŞ-ın on illərdir apardığı xarici siyasətə zidd sayılan bu qərar regionda gərginlik yaradıb, İsrail ordusuyla fələstinlilər arasında toqquşmalar baş verib.
Trump-n qərarı bütün dünyada müsəlmanların etirazını doğurub. Fələstinlilər Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı kimi görürlər.