Erdoğan Bashar Assad-i terrorçu adlandırıb

Erdoğan Bashar Assad-i terrorçu adlandırıb
27 Dekabr 2017
Mətni dəyiş

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriya prezidenti Bashar Assad-i terrorçu adlandırıb.

Abzas.net xəbər verir ki, Erdoğan bunu Tunisdə bu ölkənin prezidenti Beji Caid Essebsi ilə keçirdiyi mətbuat konfransında deyib.

“Bunu açıq və qəti şəkildə bildirirəm: Bashar Assad dövlət terroru yaratmış bir terrorçudur”, - deyə, Türkiyə prezidenti bildirib.

Erdoğan öz vətəndaşlarını öldürən adamla əməkdaşlıq etməyəcəklərini bəyan edib:

“Suriyada Əsədlə birlikdə fəaliyyət göstərmək mümkün deyil. Niyə? Bir milyon vətəndaşını öldürmüş Suriya prezidenti ilə gələcəyi necə qura bilərik? Suriya xalqı belə bir adamı dövlətin başında görmək istəyərmi? Biz bu işi görə bilmərik. O zaman öldürülən bir milyon Suriya xalqına qarşı haqsızlıq etmiş olarıq. Türkiyə olaraq biz onu tanıya bilmərik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun