Dekabrın 13-də Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
Abzas.net xəbər verir ki, hesabatda bu il ərzində dövlət sərhədini pozduqlarına görə 503 nəfərin saxlanıldığı qeyd olunub.
Bundan əlavə, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb.
Eyni zamanda, 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alındığı bildirilib.