Bu gün Beynəlxalq İnsan Hüquqları günüdü

Bu gün Beynəlxalq İnsan Hüquqları günüdü
10 Dekabr 2017
Mətni dəyiş

Bu gün, dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları günüdür.

1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edib. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.

İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. Bu konsepsiyaya görə, hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi baxışlardan və sosial mənşəyindən asılı olmayaraq bərabər hüquqlara malikdir.

Avropada əsas insan hüquq və azadlıqlarının qorunmasından ötrü Azərbaycanın da qoşulduğu və 1950-ci il noyabrın 4-də qəbul edilən “Avropa İnsan Hüquqları Konvensiyası” mövcuddur. Onun beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, bu konvensiyaya əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

Hazırda Azərbaycandan da bu məhkəməyə çoxsaylı şikayətlər gedir. Şikayətlər xüsusilə siyasi və mülkü azadlıqlarla bağlıdır.

Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, ölkədə hazırda 150 civarında siyası məhbus var. Onların 10-dan çoxu jurnalist və bloqqerdir.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun