Britaniyanın xarici işlər naziri Boris Johnson İrana səfər edəcək

Britaniyanın xarici işlər naziri Boris Johnson İrana səfər edəcək
8 Dekabr 2017
Mətni dəyiş

Böyük Britaniyanın xarici işlər naziri Boris Johnson dekabrın 9-da İrana səfər edəcək.

Abzas.net xəbər verir ki, səfər çərçivəsində Johnson Tehranda həbs olunmuş iranlı Britaniya vətəndaşı Nazanin Zaghari-Ratcliffe-nin azadlığa buraxılmasına çalışacaq.

Johnson iranlı həmkarı Mohammad Javad Zarif-lə görüşü zamanı ikili vətəndaşlığı olan şəxslərin azadlığa buraxılmasına çağıracaq.

"The Thomson Reuters" xeyriyyə Fondunun fəalı olan Nazanin Zaghari-Ratcliffe İran Konstitusiyasının tələblərini pozduğuna görə 5 il həbs cəzasına məhkum edilib.

Onun növbəti məhkəməsi dekabrın 10-da baş tutacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun