Britaniyanın dövlət idarələrində "Kaspersky"-dən istifadə qadağan edilib

Britaniyanın dövlət idarələrində "Kaspersky"-dən istifadə qadağan edilib
2 Dekabr 2017
Mətni dəyiş

Britaniyanın dövlət idarələrinə "Kapersky Lab" antivirus proqramlarından istifadə etmək qadağan edilib.

Abzas.net xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Qadağanı Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Ciaran Martin tətbiq edib.

Dövlət idarələrinə göndərilən məktubda deyilir ki, Rusiya istehsalı olan bu antivirus proqramları risklidir və Rusiyanın təhlükəsizlik orqanlarının bu şirkətin proqramlarına çıxışı ola bilər.

"Kaspersky Lab" rəhbərliyi ittihamları rədd edib və təhlükəsizlik orqanları ilə bağlılıqlarının olmadığını bildirib. ​

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun