Ingiltərənin baş naziri Theresa May-in yardımçısı Damian Green pornoqrafiya qalmaqalı ucbatından istefa verib.
Abzas.net xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Green istefa məktubu yazıb və üzr istəyib.
2008-ci ildə Green-in iş kompüterində "uşaq pornoqrafiyasına aid materiallar" tapılması ilə bağlı iddialara "səhv və yanıldıcı" cavab verməsi məlum olub. Bundan sonra o, istefaya getmək məcburiyyətində qalıb. Belə ki, Green 2008-ci ildə iş kompüterində tapılan pornoqrafik fayllardan xəbərsiz olduğunu bildirmişdi.
Keçmiş baş nazir yardımçısı "açıqlamasının yanıldıcı olmasına görə" üzr istəyib.
Damian Green baş nazir Theresa May-in ən yaxın adamlarından hesab edilirdi. Theresa May Green-in istefasına görə üzüldüyünü açıqlayıb.
Son iki ay ərzində bu, May-in hökumətində üçüncü qalmaqallı istefadır. Bundan əvvəl müdafiə və beynəlxalq əlaqələrin inkişafı nazirləri də istefaya getmişdi.