Avropa Komissiyası bildirir ki, Britaniyayla Brexit danışıqlarında yetərincə irəliləyiş əldə olunub. Brexit Britaniyanın Avropa Birliyindən çıxmasını nəzərdə tutur.
Komissiya bəyanatı dekabrın 8-də qurumun prezidenti Jean-Claude Juncker ilə Britaniya baş naziri Theresa May-in Brüssel danışıqlarından sonra verib.
Juncker jurnalistlərə deyib ki, “bizə gərəkən irəliləyişin əldə olunduğuna inanıram”.
“Komissiya rəsmən qərara gəlib ki, ayrılmanın sərt şərtləriylə bağlı yetərincə irəliləyiş əldə olunması haqda Avropa Şurasına tövsiyəsini versin”, – Juncker May-lə mətbuat konfransında deyib.
O, məsələylə əlaqədar xelyi işin qaldığını da sözlərinə əlavə edib.