BMT Baş katibi: “Qüds həm İsrailin, həm də Fələstinin paytaxtı olmalıdır”

BMT Baş katibi: “Qüds həm İsrailin, həm də Fələstinin paytaxtı olmalıdır”
7 Dekabr 2017
Mətni dəyiş

Yerusəlimin status məsələsi yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar çərçivəsində həll oluna bilər, ikitərəfli münaqişənin nizamlanması isə paytaxtı bu qədim şəhərdə olmaqla iki ayrı dövlətin yaranması ilə başa çatmalıdır.

Abzas.net xəbər verir ki, bu fikri çərşənbə günü jurnalistlərə BMT-nin baş katibi Antonio Guterres deyib.

“Yerusəlimin yekun statusu məsələsi iki tərəf arasında həm Fələstin, həm də İsrail tərəfinin qanuni istəkləri nəzərə alınmaqla BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələri əsasında birbaşa danışıqlar vasitəsi ilə həll olunmalıdır”, – deyə dünya təşkilatının inzibati rəhbəri bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun