"Azərişıq": "Borclu abonentlərin işığı kəsiləcək"

"Azərişıq": "Borclu abonentlərin işığı kəsiləcək"
14 Dekabr 2017
Mətni dəyiş

"Azərişıq" ASC borclu abonentlərə xəbərdarlıq edib.

Abzas.net xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib.

Vətəndaşlara xəbərdarlıq edən "Azərişıq"-ın yaydığı məlumatda bildirilir ki, borclarını ödəməyən abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaq:

""Azərişıq" ASC -nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 19 dekabr 2017-ci il  tarixindən, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara  qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcəkdir.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun