Azərbaycandan Gürcüstana turist axını artıb

Azərbaycandan Gürcüstana turist axını artıb
4 Dekabr 2017
Mətni dəyiş

Bu il Gürcüstan ən çox Azərbaycandan xarici ziyarətçi qəbul edib.

Abzas.net xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb. Qurumun xəbərinə görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 1,556,498 nəfər səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% çoxdur.

Cari ilin noyabr ayında isə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 140 mindən çox (+11,2%) olub.

2017-ci ilin 11 ayı ərzində qonşu ölkəyə ümulikdə 6, 954, 932 xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 18,4% çoxdur.

Azərbaycanla yanaşı, Gürcüstana ən çox səfər etmiş əcnəbilər arasında Ermənistan (1,530,864 nəfər), Rusiya (1,309,893) və Türkiyə (1,135,830) vətəndaşları da yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun