Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.
Abzas.net xəbər verir ki, Elmar Məmmədyarov, Mevlut Çavuşoğlu və Mohammad Javad Zarif-in iştirakı ilə keçirilən görüş başa çatıb.
Görüşün sonunda Bakı Bəyannaməsi qəbul olunub.
Elmar Məmmədyarov bildirib ki, 3 ölkə arasında bir neçə istiqamətdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər:
"Sənəddə əməkdaşlığımızı necə gördüyümüz əks olunub. Bu, həm energetikadır, həm turizmdir, həm də nəqliyyatdır. Bu istiqamətlərdə əməkdaşlığımızı genişləndirmək istəyirik".
Görüşün yekununda təşkil edilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, 3 ölkənin XİN rəhbərləri arasında növbəti görüş Türkiyədə baş tutacaq.