AYİB Azərbaycanın boru istehsalçısına manatla kredit ayırıb

AYİB Azərbaycanın boru istehsalçısına manatla kredit ayırıb
21 Dekabr 2017
Mətni dəyiş

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda plastik borular, fitinqlər, konteynerlər və qəliblərin aparıcı istehsalçısı, habelə polad boru, boru kəmər elementləri  və metal prokatı üzrə aparıcı treyderi olan "METAK" şirkətinə yerli valyutada ilk korporativ krediti ayırır.

AYİB-dən verilən məlumata görə, 8 mln. avro ekvivalentində olan Azərbaycan manatı ilə maliyyələşmə şirkətin fəaliyyətinin genişləndirilməsi planlarının həyata keçirilməsində mühüm rol oynayacaq.

AYİB-in ayırdığı kreditin artmaqda olan bazar tələblərinə uyğun olaraq "METAK"-ın fəaliyyətinin genişlənməsinə şərait yaradacağı bildirilir. "METAK" yeni istehsalat müəssisələrinin inşası da daxil olmaqla, öz fəaliyyətini Sumqayıt və Balaxanı şəhərlərində genişləndirməklə istehsal gücünü daha da artırmağı planlaşdırır.

Bu, Azərbaycanda 2017-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Milli Bank arasında AYİB-in yeni imkanları fonunda yerli kiçik və orta sahibkarlığa (KOS) milli valyuta ilə kredit verilməsi ilə bağlı imzalanmış Anlaşma Memorandumundan bəri ilk sövdələşmədir.

“Biz Azərbaycanda istehsal və xidmət sektorunun inkişafına dəstək verməyimizdən çox məmnunuq. AYİB özünün uzun müddətli yerli valyuta ilə maliyyələşdirmə və güclü iş təcrübəsinə əsaslanaraq şirkətə gələcəkdə rəqabət qabiliyyətini daha da gücləndirməyə və yerli iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməkdə kömək edəcək”, - deyə AYİB-in Azərbaycandakı rəhbəri Ivana Fernandes Duarte vurğulayıb.

AYİB Azərbaycanda aparıcı institusional investordur. Ölkədə fəaliyyətə başlamasından bu günə qədər Bank maliyyə, korporativ, infrastruktur və enerji sektoruna 163 layihə üzrə 2,8 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırıb ki, bu da özəl sektora qoyulan investisiyanın 58%-ni təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun