Avstriyanın ən böyük qaz stansiyalarından biri olan OMV-də partlayış olub.
Abzas.net xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Partlayışdan sonra İtaliya, Sloveniya və Macarıstana qaz təchizatı dayandırılıb.
Baş vermiş partlayışa səbəb kimi texniki nasazlıq göstərilir.
Partlayış səhər saatlarında Avstriyanın Baumqarten şəhərində qaz terminalında baş verib. Baumqarten terminalı Avstriyanın əsas qazpaylayıcı mərkəzidir.