Asiya İnkişaf Bankı "Azərbaycan Dəmir Yolları"na 400 mln. dollar ayırıb

Asiya İnkişaf Bankı "Azərbaycan Dəmir Yolları"na 400 mln. dollar ayırıb
5 Dekabr 2017
Mətni dəyiş

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) "Azərbaycan Dəmir Yolları"na 400 mln. dollar ayırıb.

Abzas.net xəbər verir ki, ADB Azərbaycanın dəmir yolu sisteminin inkişafı üçün nəzərdə tutulmuş 400 mln. dollar məbləğində krediti təsdiqləyib.

Kredit Bankın Direktorlar Şurası tərəfindən təsdiqlənib.

Kreditin "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin möhkəmləndirilməsinə, maliyyə effektivliyinin artırılmasına, yeni korporativ strukturun yaradılmasına yönəldiləcəyi bildirilir.

Eyni zamanda, cəlb olunan vəsait hesabına Bakıdan Rusiya ilə dövlət sərhədinədək uzanan dəmir yolu infrastrukturunun müasirləşdirilməsi nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun