Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib.
Abzas.net xəbər verir ki, Klaar-ın səfəri iki gün davam edəcək.
Səfər çərçivəsində T.Klaar prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşü gözlənilir.
T.Klaar bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub. Klaar-dan öncə bu vəzifəni, 2014-cü il iyulun 8-dən bu ilin noyabr ayına qədər səfir Herbert Salber icra edib.