Sovetlər dövründə Ağdamda fəaliyyət göstərmiş baramaçılıq zavodunun fotolarını - babası və nənəsinin arxivini bizə izləyicimiz Səltənət Zülfüqarova təqdim edib.
"Fotolar oğlumun dərsi üçün ailə ağacı hazırlayarkən təsadüfən diqqətimi çəkdi", Səltənət xanım BBC Azərbaycancaya müsahibəsində bildirib.

Müsahibimizin dediyinə görə, ulu babası İsa İsmailov Ağdamdakı bu zavodda direktor, ulu nənəsi Siddiqə Əfəndiyeva isə baş aqronom işləyib:
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Nənəm əslən Şəkidən, Babam isə Lənbərandan -hazırda Bərdənin tərkibindədir - olublar. Hər ikisi Gəncədə ASXİ ( o zamankı Azərbaycan Kənd Təsərrüfatı İnstitutu) oxuyarkən tanış olublar və tezliklə evləniblər."
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Öncə babam ixtisası üzrə Qubada işləyib, sonra isə həm nənəm, həm də babam Ağdamda ixtisasları üzrə Qrenazavoda (Ağdam Barama Təsərrüfatı Zavodu) təyin olunublar."
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİSəltənət xanım deyir ki, zavod İkinci Dünya Müharibəsi müddətində fəaliyyət göstərməyib.
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Babamın müharibədə həlak olduğunu bildirilən qara kağızı gəlir, lakin sonralar əsir düşdüyü məlum olur."
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Müharibə bitdikdən sonra Almaniyadan geri Sovetlərə - ailəsinə dönür. "
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Nənəm isə müharibə ərəfəsində öncə Bərdədə, sonra isə Zaqatalada müəllim kimi çalışır. "
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Sülh bərqərar olduqdan sonra hər ikisi yenidən öz ixtisaslarına və iş yerlərinə qayıdırlar. Verilən məlumata görə, babam uzun müddət Qrenzavodun direktoru, nənəm isə baş aqronomu olmuşdur. Təqaüdə qədər bu sahədə çalışıblar."
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Anladığım qədər bu fotoda kağıza ipəkqurdunun sürfələrini büküb tavandan asırlar ki, növbəti mövsümdə istifadə edə bilsinlər."
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİMüsahibimiz deyir ki, Şəkidə barama qurdunu qidalandırmaq üçün keyfiyyətli tut yarpaqları əldə etmək məqsədi ilə təcrübə calaqlar edilirmiş.
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Babamın əsas iş yeri Ağdam rayonunda yerləşsə də, o digər rayonlara da tez-tez ezam olunurdu."
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİAğdam barama toxumu zavodu 1928-ci ildə fəaliyyətə başlayıb, istehsal gücü 300 kq olub. Ağdam şəhəri işğal olunanadək fəaliyyət göstərib.
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİBu zavodun vəzifəsi yüksəkkeyfiyyətli barama toxumu (qrena) üçün qrena toxumu istehsalı və baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut toxumu ilə təchiz etmək olub.
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Burdan belə qənaətə gəlmək olar ki, Azərbaycanda nəinki tut ilə qidalanan, hətta palıd yarpaqları ilə yetişdirilən barama növünü də araşdırırdılar."
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ"Şəklin mərkəzində oturan xanım ulu nənəm Siddiqə Əfəndiyeva və onun həyat yoldaşı ulu babam İsa İsmailovdur."
SƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ