ABŞ-ın vitse-prezidenti Mike Pence 2018-ci ilin yanvar ayında Yaxın Şərqə səfər edəcək.
Abzas.net xəbər verir ki, vitse-prezidentin mətbuat xidmətinin sözçüsünün məlumat yayıb.
Dekabrın 19-na planlaşdırılan bu səfər, Konqresdə yeni vergi qanununa baxılması ilə əlaqədar təxirə salınmışdı.
Lakin, bunun ikinci dərəcəli məsələ olduğu qeyd edilir. Əsas səbəb kimi isə prezident Donald Trump-ın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra bölgədə yaranmış gərginlik göstərilir.
Trump-ın bu addımından sonra Fələstin lideri Mahmoud Abbas Pence ilə görüşməkdən imtina etmişdi.
Yanvar ayında baş tutacaq səfər çərçivəsində Mike Pence Misir və İsrailə gedəcək.