Dekabrın 4-də ABŞ və Cənubi Koreya KXDR-nin raket sınaqları fonunda tarixin ən böyük hərbi təlimlərinə başlayıb.
Abzas.net xəbər verir ki, "Vigilant Ace" adlı təlimlərdə 230-dan çox təyyarə iştirak edəcək.
5 gün davam edəcək hərbi manevrlərdə Amerikanın altı "F-22" gözəgörünməz qırıcıları cəlb olunacaq.
Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə məqsəd Vaşinqton və Seul hərbi alyansının Şimali Koreya təxribatlarına qarşı iradə və bacarıqlarını nümayiş etdirməkdir.