ABŞ Ramzan Kadırovu sanksiya siyahısına saldı

ABŞ Ramzan Kadırovu sanksiya siyahısına saldı
21 Dekabr 2017
Mətni dəyiş

ABŞ "Maqnitski siyahısı"na daha 5 rusiyalının, o cümlədən Çeçenistan rəhbəri Ramzan Kadırovun adını salıb.

Abzas.net xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Siyahıda Ayub Katayev, Yulia Mayorova, Andrey Pavlov və Aleksey Şeşenyanın da adları var.

Adı "Maqnitski siyahısı"nda olanların ABŞ-a girişinə qadağa qoyulub. ABŞ-da olan aktivləri isə dondurulur.

Beləliklə "Maqnitski siyahısı"nda 49 Rusiya vətəndaşının adı var.

Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Kadırovun siyasi opponentlərindən biri onun əmri ilə qətlə yetirilir. O həmçinin Çeçenistandakı gey və biseksualların hədəflənməsində ittiham olunur.

Katayevin Çeçenistan hüquq-mühafizə orqanlarının zabiti olduğu bildirilir. O da Kadırovla yanaşı cinsi azlıqların hüquqlarının pozulmasında günahlandırılır.

Maliyyə Nazirliyinin Sanksiyalar İdarəsinin direktoru John Smit bəyan edib ki, ABŞ Rusiyada qanunsuz qətllərdə, işgəncə və başqa dəhşətli əməllərdə əli olanların Magnitsky qanunu ilə hədəflənməsini davam etdirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun