ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaq, yüksək səviyyəli rəhbərlik səlahiyyətlisi bildirib.
Amma rəsmi şəxslər bildiriblər ki, cənab Trump ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürtmək üçün dərhal hərəkət etməyəcək.
Xəbər cənab Trump-ın çərşənbə günü gözlənilən çıxışından əvvəl yayılıb.
Ərəb liderləri əvvəllər ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə qarşı xəbərdarlıq ediblər və onlardan biri bu addımın "müsəlmanlara qarşı hiddətləndirici bir təxribat" olacağını söyləyib.
İsraillilər və Fələstinlilər üçün müqəddəs yer olan Qüdsün statusu - son dərəcə mübahisəlidir.
İsrail hər zaman Qüdsü paytaxtı hesab edib, fələstinlilər isə Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı olduğunu iddia ediblər.
ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, o, 1948-ci ildə dövlətin qurulduğu gündən bu yana ilk ölkəyə çevriləcək.